18 İyun 2015 17:38
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən “Cümə” məscidində partlayış törətməkdə təqsirli bilinən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər iştirak etməyib. Tərəflər zərərçəkmişlərin iştirakı olanmadan məhkəmənin davam etdirilməsinə etiraz etməyiblər.

Daha sonra prokuror ittiham aktını elan edib. Namiq Nəsibov ittiham olunduğu Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə özünü qismən təqsirli bilib. O, terrorçuluq və qanunsuz olaraq silah saxlama ittihamlarını qəbul etməyib. Digər təqsirləndirilən şəxs də ittiham üzrə özün ü təqsirli bilməyib.

Məhkəmə iclası iyulun 2-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər