19 İyun 2015 12:13
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Elxan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi 18 iyul 2014-cü ildə Bakının Nardaran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Elxan Cəfərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qəsəbənin digər sakini, 1957-ci il təvəllüdlü Süleyman Nuruzadəni qətlə yetirib. Hadisəni törədən şəxs Sabunçu Rayon Polis İdarəsi 14-cü bölməsinin əməkdaşları tərəfindən tutulub.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 23-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər