1 İyul 2015 11:45
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edənlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Ramella Allahverdiyrəevanın sədrliyi ilə keçirilən prosesdə 16 yaşlı oğlunu Suriyada döyüşməyə göndərən Vüqar Dursunəliyev son söz deyib. Quranın ayələrini oxuyan Vüqar Dursunəliyev bildirib ki, hökm yalnız allaha məxsusdur: "Məqsədimiz islam dövləti qurmaqdır. Bu bizim haqqımızdır".

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakim heyəti hökm elan edib.

Məhəkəmənin hökmü ilə Vilayət Həsənli 14 il, Vasif Hacıyev 14 il, İlkin Babazadə 14 il, Mehman Balakişiyev 14 il, Malik Musayev 13,5 il, Azər Qəmbərov 13,5 il, Vüsal Bayramov 14 il, Samir Həşimov 14 il, Vüqar Dursunəliyev 15 il, Elvin Dursunəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Elvin Dursunəliyev tərbiyyə müəsisəsində, digər məhkumlar isə ciddi rejimli cəzaçəkmə müəsisəsində cəza çəkəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər