1 İyul 2015 14:41
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirli bilinən Sumqayıt şəhər sakini Mirhüseyn Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Mirhüseyn Bağırov ötən ilin dekabrın 17-də istintaqa məlum olmayan mənbədən külli miqdarda heroin əldə edib. O, narkotik vasitəni Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən “Babək” marketin yanında daşın altında gizlədib.

Mirhüseyn Bağırov bu ilin fevralın 15-də həmin narkotik vasitəni şərti alıcıya satmaq istəyərkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Bölməsinin Sumqayıt regional şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.

Mirhüseyn Bağırov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda olan narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddəsi ilə ittiham edilir.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hal şahidi qismində Seyran Xəlilov ifadə verib. Bir neçə ay əvvəl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunaraq həbs edildiyini deyən Seyran Xəlilov bildirib ki, Mirhüseyn Bağırov həbs olunan zaman hal şahidi qismində iştirak etməyib: “Mən heç bir hadisənin şahidi olmamışam. Məni imza etdirmək təklif ediblər, mən də imza etmişəm. Bu şəxsdən mal tapılmasını görməmişəm”.

Lakin istintaq dövründə Seyran Xəlilov fərqli ifadə verib. O, həmin vaxt ifadəsində Mirhüseyn Bağırovdan narkotik vasitənin tapılması zamani keçirilən əməliyyatda hal şahidi qismində iştirak etdiyini etiraf edib.

Məhkəmə iclası iyulun 8-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər