12 Avqust 2015 13:43
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı İstintaq Təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb.Teleqraf.com xəbər verir ki, Bakı istintaq təcridxanasında saxlanılan Emin Əsəd oğlu Əliyevin ziyarətinə gələn Bakı şəhər sakini Orucəli Samir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı Orucəli Məmmədovun gətirdiyi sovqatda kartofun içərisinə gizlədilmiş 1,27 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Emin Əliyev Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər