Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Elşən Nəbiyev gömrük nəzarətindən keçərkən onun əl yükündən 2 ədəd plastik qabda, ümumi təmiz çəkisi 406,891 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, daha sonra şəxsi yoxlama zamanı adıçəkilən vətəndaşın üzərində təmiz çəkisi 0,144 qram, daxili orqanından (düz bağırsağından) isə 1 ədəd bükümdə təmiz çəkisi 3,248 qram olan psixotrop maddələr - metamfetamin aşkar olunub.
Faktla bağlı təhqiqat aparılır.
Naibə QURBANOVA