13 Avqust 2015 18:02
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günorta saatlarında İmişli rayonunda bir nəfər süni göldə batıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Mürsəlli kəndində baş verib.

Süni göldə batan 1972-ci il təvəllüdlü Cəfərov Əsəd Allahverdi oğlunun cəsədi Nazirliyin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən, 5 m aralıda tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 16:58-də başa çatıb.


Müəllif:

Oxşar xəbərlər