Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirli bilinən 51 yaşlı Məmmədiyyə Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Yasamal Rayonu Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlar Şəki şəhər sakini, 51 yaşlı Məmmədiyyə Xəlilov Nəriman Nərimanov prospekti, 36 ünvanında tutulub. Onun əlindəki torbaya baxış keçirilən zaman çəkisi 2 kq-a yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
M. Xəlilov ifadəsi zamanı Bakıya işləmək üçün gəldiyini, narkotik maddələri öz istifadəsi üçün gətirdiyini bildirib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Məmmədiyyə Xəlilov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov