17 Avqust 2015 12:22
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda polisə müqavimət göstərilib. Teleqraf.com xəbər verir ki, hadisə Hövsan qəsəbəsində yerləşən ABU yanacaqdoldurma məntəqəsində baş verib.

Məlumata görə, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Mahir Mayıl oğlu Məmmədov səs-küy salıb. Onu intizama dəvət edən Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis serjantı, 1979-cu il təvəllüdlü Fikrət Ağayev sürücünün zorakılığı ilə üzləşib. O, polis serjantını döyüb.

Fikrət Ağayev Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Ona tibbi yardım göstərilib.

30-cu polis bölməsində Mahir Məmmədovun izahatı alınıb və toplanmış materiallar araşdırılması üçün Suraxanı Rayon Prokurorluğuna göndərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər