18 Avqust 2015 17:14
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qız qaçırma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Məlumata görə, qəsəbə sakini, 1997-ci il təvəllüdlü G. Q. evlənmək məqsədilə Surxay adlı oğlanla qaçıb. 18 yaşlı qızın evdən qaçması ilə bağlı anası A. Q. Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə şikayət edib.

Ana şikayətində bildirib ki, qızı avqustun 17-də, səhər saat 05.00-da evdən gedib. O, qızının geri qaytarılmasını istəyib.

Polis hadisə ilə bağlı araşdırma aparmağa başlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər