19 Avqust 2015 11:55
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramil İsrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ramil İsrayılov 9 yanvar 2015-ci il tarixdə Sulutəpə qəsəbəsinin ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 0,217 qram narkotik vasitə olan heroini 10 manata alıb. O, həmin narkotik vasitəni üzərində gəzdirib və həmin gün saat 23 radələrində Xırdalan şəhəri ərazisində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis idarəsinə gətirilən Ramil İsrayılovun üstünə baxış keçirilən zaman həmin aldığı narkotik vasitə aşkar olunub.

Ramil İsrayılov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilib və Abşeron Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ramil İsrayılov apelyasiya şikayəti verərək cəzasının yuüngülləşdirilməsini istəyib.

Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə Ramil İsrayılovun apelyasiya şikayəti təmin edilib və onun cəzası 1 il 6 aya endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər