28 Avqust 2015 14:48
1 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Daxili İşlər Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin saytında yerləşdirilən məlumata görə, hadisəni törədən Rövşən Həsənov könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.

Bakıda güllələnən keçmiş polis kimdir?

Milli.az onunla bağlı maraqlı təfərrüatlar, eləcə də hadisə yerinə getdyi avtomobilin və özünün fotolarını əldə edib.

Sayt bildirir ki, bir müddət əvəvəl polisdən ayrılan N.İbrahimov biznesmen olub.

Sayt əməkdaşı Nizami Ryon Polis İdarəsindən onu da öyrənib ki, qanlı hadisə qız üstündə olub. Tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb.


Müəllif:

Oxşar xəbərlər