31 Avqust 2015 10:05
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində silah və narkotik alverində ittiham olunan Fuad Əsədullayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən il oktyabrın 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayonunun Xocahəsən qəsəbəsində yaşayan Fuad Əsədullayevin evindən İtaliya istehsalı olan 1 ədəd “Parad-117” markalı tapança səs boğucusu ilə birgə tapılaraq götürülüb. Bundan əlavə axtarış zamanı onun evindən 6 kiloqram qurudulmuş marixuana aşkar edilib.

İstintaqın gedişatında Fuad Əsədullayev ifadəsində bildirib ki, silahı bir neçə ildir ki, naməlum şəxsdən alıb və yaşadığı evdə saxlayıb, narkotik vasitəni isə yay aylarında həyətdəki dibçəklərə əkərək becərib.

O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma və ya gəzdirmə) və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və ya satma) maddələri ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Əsədullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan Fuad Əsədullayev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Fuad Əsədullayevin cəzası 7 ilə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər