Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Binəqədi şosesi, döngə 8, ev 69 ünvanında baş verib.
Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Razim Məmmədov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Vəziyyəti ağır olduğu üçün onu dindirmək mümkün olmayıb. Razim Məmmədovun kim tərəfindən bıçaqlandığı məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov