Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Xudat şəhərində qeydə alınıb.
Müəyyən edilməmiş avtomobillə yolun hərəkət hissəsində velosiped sürən rayon sakini Saleh Qədirov vurulub.
Nəticədə S.Qədirov və sərnişini Şaban Abdullayev xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Hacı Zeynalov