4 Sentyabr 2015 20:52
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirli bilinən 1979-cu il təvəllüdlü Təhmasib Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Təhmasib Mirzəyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Nigar Mirzəyevanı yaşadıqları binanın liftində çoxsaylı bıçaq zərbələri vurub. Qadın ağır xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirişb vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Cinayət hadisəsi qısqanclıq zəminində baş verib. Arvadını bıçaqlayan kişi daha sonra damarlarını doğrayaraq intihara cəhd edib.

Təhmasib Mirzəyev Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Təhmasib Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər