Şirvan şəhərində iki piyadanı maşın vurub.
Teleqraf.com Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində Nazir Qayıbalıyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən həmyerlisi Rövşən Dədəyevi və Türkiyə vətəndaşı Abdullah Ekeri vurub.
Hadisə nəticəsində piyadalar hadisə yerindəcə ölüblər.
Faktla bağlı Şirvan Şəhər Polis İdarəsi araşdırma aparır