Balakən rayonu, Gərəkli kəndində yaşayış evi yanıb.
Teleqraf.com-un xəbərinə görə bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.
Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı ev sahibi və onun azyaşlı övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.