Sumqayıt şəhərində azyaşlı qız kimyəvi məhluldan zəhərlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında bildirilib.
Məlumata görə, Sumqayıt şəhərinin Qızıl-qum qəsəbəsinin sakini 3 yaşlı Rüqayyə Rzayeva sentyabrın 11-də kimyəvi məhluldan zəhərləndiyinə görə xəstəxanaya yerləşdirilib.