16 Sentyabr 2015 09:54
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus "BMW" markalı minik avtomobili qəflətən yanmağa başlayıb. Nəticədə avtomobilin yanar hissələri yanaraq sıradan çıxıb.

Hadisə yerinə gələn yanğınsöndürənlərin sayıqlığı nəticəsində yaxınlıqdakı tikililəri yanğından mühafizə etmək mümkün olub.

Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: