Biləsuvarda ölümlə nəticələn yol qəzası törətməkdə şübhəli bilinən şəxs tutulub.
Teleqraf.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi və Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də rayon ərazisində Bəşir Rufullayevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “Mercedes” markalı avtomobilin sürücüsü, Cəlilabad rayon sakini Əliyar Nuruşov tutulub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov