Bakının Binəqədi rayonunun 28 May qəsəbəsində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, həmin qəsəbədə yaşayan İlham Xəlilovun evindən qapının qıfılını sındırmaq yolu ilə kompyuter dəsti və 2 ədəd qızıl üzük oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsinin 40-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Hikmət Hüseynov və Əziz Əzizov tutulub.
Hacı Zeynalov