17 Sentyabr 2015 14:35
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağdam rayon sakini Malik Xoştərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisə ötən ilin iyunun 13-də Xətai rayonunun Neapol dairəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.

Belə ki, orada yaşayan Malik Xoştərov aralarında yaranan mübahisə zamanı həmyerlisi Zahid Abbasovu bıçaqlayaraq qətlə yetirib. Aldığı xəsarətlər nəticəsində sonuncu hadisə yerində dünyasını dəyişib. Həmin axşam şübhəli şəxs Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib. Dindirmə zamanı Malik Xoştərov qonşusunu, ünvanına ağır ifadələr işlətdiyinə görə öldürdüyünü bildirib.

Malik Xoştərov Cinayət Məcəlləsinin n 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə Malik Xoştərov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər