Daxili İşlər Nazirliyi Bakıda və regionlarda piyadaların xəsarət almaları ilə nəticələnən yol qəzaları ilə bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, hadisələrdən biri Bakının Nizami rayonunda baş verib. Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Kürdəmir rayon sakini Anar Mütəllimov vurulub. O, xəstəxanaya yerləşdirilib.
Bundan başqa, Yasamal rayonunun Tbilisi prospektində yolu keçən Bakı şəhər sakini Ceyhun Əsədov müəyyən edilməmiş motosikletlə vurulub. C.Əsədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Oxşar hadisə Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Asim Kərimov və Toğrul Novruzov vurulub və onlar xəstəxanaya yerləşdiriliblər.
Daha bit hadisə Gəncə şəhərində baş verib. Müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Yaşar Verdiyev vurulub. O, xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov