21 Sentyabr 2015 15:18
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda oğurluq edən iki qadın məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakinləri Zöhrə Bəkirova və Rəhilə Nadirova tutulublar.

Onlar avqustun 31-də Kubra Manafovanın evindən qızıl əşyalar oğurlayıblar.

Gəncədə də oğurluq hadisəsini üstü açılıb. Kəpəz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Kəmalə Cəfərovanın evindən qızıl əşya oğurlamış Gəncə şəhər sakini Gülmira Əliyeva tutulub.

Hacı Zeynalov


Müəllif: