Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com verilən məlumata görə, avqustun 3-də Süleyman Rüstəm küçəsində naməlum şəxslər Bakı şəhər sakini Sevdiməli Abdullayevdən iki manat pul istəyib, S.Abdullayev pul kisəsini açdıqda isə onlar 50 manat götürüb qaçıblar.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1996-cı il təvəllüdlü Fərid Xasməmmədov və 1997-ci il təvəllüdlü Rüstəm Rüstəmov tutulublar.
Hacı Zeynalov