26 Sentyabr 2015 17:31
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 1 ay bundan əvvəl qoyun oğurluğu edən şəxslər tutulub.

Teleqraf.com Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da Tural Əliyevin həyətindən 6 baş qoyun oğurlayan Samux rayon sakini Turqut Əlizadə, Gəncə şəhər sakinləri Rövşən Musayev, əvvəllər məhkum olunanlar - Ariz Aslanov və Qabil Hüseynov tutulublar.

Digər oxşar hadisə isə Cəlilabadda qeydə alınıb. Belə ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Yadigar Əmirovun həyətindən 3 baş qoyun oğurlayan Uzuntəpə kənd sakinləri Rafət Cəfərov və Əli Yolçiyev tutulublar.


Müəllif: