Tovuz rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Qafur Qarayev mübahisə zəminində atası, 1966-cı il təvəllüdlü İlham Qarayevin başını divara çırparaq xəsarət yetirib. İlham Quliyev aldığı zərbənin təsirindən ölüb.
Hadisənin törədən Qafur Qarayev həbs edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov