Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Züleyxa Aslanova həyat yoldaşı Əhmədağa Aslanovu bıçaqlayıb.
Əhmədağa Aslanov bıçaq xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov