Zərdab rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Zərdab rayon sakini, 1944-cü il təvəllüdlü Bülbül Ağayev yaşadığı evdə özünü asaraq ölüb.
Bülbül Ağayevin özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov