1 Oktyabr 2015 18:10
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.

Müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Həmidağa Qurbanov vurulub və o, xəstəxanaya yerləşdirilib.

Hadisəni törətmiş “Mercedes” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Ramin Heydərov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə gəlib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: