Bakının Nəsimi rayonunda oğurluq edən şəxsin axtarışda olduğu müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elyar Hacıyev tutulub.
Elyar Hacıyev bu ilin sentyabrın 21-də Ayaz Bağırovun içərisində 650 manatı və 25 dolları, habelə sənədi olan pul kisəsini oğurlayıb.
İstintaq araşdırması zamanı onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.
Hacı Zeynalov