2 Oktyabr 2015 20:12
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Zabrat şosesində qeydə alınıb.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Fərid Nuriyevin idarə etdiyi “Nissan Sanny” markalı avtomobillə naməlum sürücünün idarə etdiyi 10 saylı Rayonlar arası təmir tikinti idarəsinə məxsus “MAZ” markalı avtomobil toqquşub.

Nəticədə “Nissan” markalı avtomobildə olan sərnişin, Xətai rayon Mühafizə İdarəsinin polis serjantıŞ 1986-cı il təvəllüdlü Samir Səfərov xəsarət alıb. Ona 3 saylı Şəhər Kliniki Xəstəxanada tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: