Ruhi xəstə olduğu deyilən oğul hər iki valideynini amansızlıqla qətlə yetirib.
Teleqraf.com-un xəbərinə görə, hadisə rayonun Cəmilli kəndində qeydə alınıb. Kənd sakini 27 yaşlı Nəsibov Qurban Xanbaba oğlu atası 1947 - ci il təvəllüdlü Nəsibov Xanbabanı və anası 1958 -ci il təvəllüdl Nazlı Nəsibovanı amansızlıqla qətlə yetiib. Yaxınlarının sözlərinə görə, oğlan ruhi xəstədir. O hadisəni gecə saatlarında törədib. İlk olaraq anasını boğaraq öldürən gənc, yatan atasının baş nahiyəsinə dəmir parçasıyla vurub.
Hadisə yerinə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. Hər iki meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Tərtər rayon şöbəsinə aparılıb. Cinayəti törətməkdə təqsirli bilinən Qurban Nəsibov artıq saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xalid Salmanbəyli