Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü İsmayıl Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Bakı şəhər sakini Aygün Xəlilovanı bıçaqlayıb. Qadın ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Məlumat daxil olan kimi Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları əməliyyata başlayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Aygün Xəlilovaya bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini İsmayıl Nağıyev saxlanılıb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İsmayıl Nağıyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov