Ağsu rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də Nüydü kəndinin meşə zolağında kənd sakini Əbülfəz Rüstəmov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 25 kiloqram olan 42 ədəd çətənə kolu, habelə 1 kiloqram 970 qram marixuana və 2 qram tiryək aşkar edilib.
Onun evinə baxış zamanı isə 18 qram marixuana, “VAZ-21011” markalı avtomobildən isə 7 qram çətənə bitkisinin yarpaqları aşkar edilərək götürülüb.
Oxşar əməliyyat Zəngilan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Röyal Əliyev 507,8 qram tiryəki Səbail rayonu ərazisində satarkən tutulub.
Bundan başqa, Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Əkrəm Əliyevdən 29,42 qram və Səid Ağabalayevdən 32,43 qram marixuana götürülüb.
Səid Ağabalayevin Dübəndi qəsəbəsindəki evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 120 ədəd çətənə kolu, Bakı şəhərində yaşadığı mənzildən isə 3,27 qram marixuana və 35,635 qram tiryək də aşkar edilib.
Hacı Zeynalov