5 Oktyabr 2015 21:33
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahirə Əliyeva, Vasif Hüseyniv və Hüseyn Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Həmçinin iş üzrə zərərçəkimşlərin kimliyi müəyyən edilib. Hazırlıq iclasında bəzi vəsatətlər verilib. Vəsatətlər müzakirə edilməsi üçün proses növbəti günədək təxirə salınıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar.

İttihama görə, onlar Bakı şəhər sakinlərin etimadını qazanaraq məcburi köçkünlər üçün tikilən evlərdən mənzil alacaqları vəd ediblər. Amma onlar vədlərinə əməl etməyərək dələduzluq ediblər.

Hacı Zeynalov


Müəllif: