Qazaxda ana ölümü qeydə alınıb.
Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ikinci övladını dünyaya gətirən 28 yaşlı Təranə Əsgərova doğuşdan sonra vəfat edib.
Yaxınlarının bildirdiyinə görə, övladını qeysəriyyə üsulu ilə dünyaya gətirən qadın həkim səhlənkarlığının qurbanı olub.
Əməliyyatdan sonra vəziyyəti ağırlaşan gənc ana paytaxt xəstəxanalarından birinə göndərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.