7 Oktyabr 2015 14:36
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda orta məktəbin şagirdi dərsə qumbara ilə gəlib.

Teleqraf.com xəbər verir ki, Tapqaraqoyunlu kənd orta məktəbində şagird Ramil Şəmmədovun məktəbə gətirdiyi 1 ədəd “F-1” qumbarası müəllimlər tərəfindən alınıb və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

Ramil Şəmmədov izahatında bildirib ki, həmin məktəbin şagirdi Emil Şirinovla birgə kəndin kənarında olarkən hərəsi 1 ədəd qumbara tapıblar. Emil Şirinovun yaşadığı evə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: