Bakının Səbail rayonunda otellərdən birində 35 yaşlı qadın zorakılıqla üzləşib. Teleqraf.com xəbər verir ki, hadisə Mariot otelində baş verib.
Həmin otelin 1915 saylı otağında qalan BP şirkətində neft mütəxəssisi işləyən Rusiya Federasiyasının vətəndaşı, 1979-cu il təvəllüdlü İldar Sabiroviç Sultanov yanına qonaq gələn 1980-ci il təvəllüdlü Y. B.-ovaya qarşı zorakılıq göstərib.
O, qadınla intim münasibətdə olub və daha sonra qadının 250 manatını, mobil telefonunun alaraq qaytarmayıb.
Y.B.-ova ona qarşı edilən zorakılıqla bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov