12 Oktyabr 2015 12:25
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma olub. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.

Novxanı qəsəbəsi ərazisində xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədov boyun nahiyyəsindən bıçaqlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini 1995-ci il təvəllüdlü Səringül Ramazanova tutulub.

Hacı Zeynalov


Müəllif: