Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəhruz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib. O, Bəhruz Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası oktyabrın 15-nə təyin edilib.
Qeyd edək ki, Bəhruz Əliyev 41 nəfər şəxsdən dələduzluq yolu ilə 80 min manat pul alıb. O, həmin şəxslərə özünü “Bakcell” şirkətinin işçisi kimi təqdim edərək onları işə düzəldəcəyini vəd edib.
Daha sonra tutulan Bəhruz Əliyev dəyən ziyanın 24 min manatını zərərçəkən şəxslərə ödəyib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.
Hacı Zeynalov