Bakıda Liviyanın Azərbaycandakı səfirliyinin nümayəndəsinin avtomobilinə basqın edilib. Teleqraf.com xəbər verir ki, hadisə Yasamal rayonu, M.H,Naxçıvani küçəsi, ev 9 ünvanını qarşısında baş verib.
Həmin ünvanda yaşayan Liviya səfirliyində müşavir işləyən, Liviya vətəndaşı, 1973-cü il təvəllüdlü Mohammed Nvara Səlimə məxsus “Toyota Land Cruser” markalı D 01901 nömrəli avtomobilə naməlum şəxslər basqın edib. Basqınçılar avtomobilin yük yerinin şüşəsini sınıdırblar. Hadisə zamanı səfirin müşaviri avtomobilində olmayıb.
Səfirin müşaviri hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov