13 Oktyabr 2015 09:48
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun R.Behbudov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Etibar Mehtiyev naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Quba rayon sakini, 1992-ci il təvəllüdlü Maarif Dəmirov tutulub.

Hacı Zeynalov


Müəllif: