Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Rafael Qənbərovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, ümumi xalis çəkisi 106,9 qram olan narkotik vasitə - heroin və 1 ədəd bükümdə, xalis çəkisi 7,98 qram olan narkotik vasitə - həşiş aşkar olunub.
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat veirlib.
İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Valeh Bədəlovun üzərində aparılan şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, təmiz çəkisi 15,519 qram olan narkotik vasitə - heroin, təmiz çəkisi 37,206 qram olan narkotik vasitə - tiryək və təmiz çəkisi 6,5 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub. Hər iki faktla bağlı təhqiqat aparılır.
Naibə QURBANOVA