14 Oktyabr 2015 11:57
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ş.Bədəlbəyli küçəsi, 106 ünvanı qarşısında qeydə alınıb.

Rusiya Səfirliyinin Ticarət Nümayəndəliyinin əməkdaşı, 1970-ci il təvəllüdlü Valeriy Alekseeviç Şestakovun idarə etdiyi “Hyundai” markalı D 00465 markalı avtomobillə Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Teymur Fikrət oğlu Zeynalovun sürdüyü “Kia” markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb.

Hacı Zeynalov


Müəllif: