19 Oktyabr 2015 18:31
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda saxta əsginas yaymaqda ittiham olunan Belcika vətəndaşları Maput Martial və Hongla Samuelin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Afrika əsilli, Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar.

Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı onların Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları öncəsi çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq, saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Onlar Azərbaycanda saxta pul yaymadıqlarını deyiblər. Onlar bildiriblər ki, heç vaxt saxta pul əldə etməyiblər.

İş üzrə əməliyyat yerində olan hal şahidləri isə Belçika vətəndaşlarından saxta pul götürüldüyünü təsdiqləyiblər.

Məhkəmə iclası oktyabrın 26-da davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər