Bakının Suraxanı rayonunda meyit tapılıb.
Teleqraf.com xəbər verir ki, meyit rayonun İ.Əhlimanov küçəsi, 9 ünvanının qarşısında aşkarlanıb.
Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Əflatun Həsən oğlu Verdiyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti küçədə tapılıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov