3 İyun 2014 10:00
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda uşaq bağçası yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Goranboy rayonu, Qızılhacılı qəsəbəsində İcra Hakimiyyətinə məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 400 kv.m olan birmərtəbəli uşaq bağçasının dəhlizinin tavanı 10 kv.m sahədə yanıb.

Uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: