Daxili İşlər Nazirliyi paytaxtda polis əməkdaşının güllənməsi ilə bağlı rəsmi açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə oktyabrın 26-da, saat 05 radələrində Xətai rayonu ərazisində qeydəm alınıb.
Xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşıb. Həmin şəxslərdən biri odlu silahdan açdığı atəşlə İltifat Bayramova ayaq nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib.
Görülmüş tədbirlərlə onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy tutulub və ondan kustar üsulla hazırlanmış tapança götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
***
Bakının Xətai rayonunda polis əməkdaşı güllələnib.
Teleqraf.com xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı İltifat Bayramov naməlum şəxs tərəfindən güllələnib.
Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Hadisə İltifat Bayramov xidmətdə olarkən baş verib. Onun yanında daha bir neçə polis əməkdaşı olub.
Cinayəti törədən Yevgeni Antonov tutulub. Ondan “Naqan” tipli tapança götürülüb.
Hacı Zeynalov